Türkiyə-Qətər konsorsiumu Özbəkistanda hava limanı tenderini qazanıb
Türkiyənin “Limak” və Qətərin “HBK Contracting” şirkətləri Özbəkistanın Buxara şəhərində yeni hava limanı terminalının tikintisi və istismarı üzrə beynəlxalq tenderdə qalib gəlib. Dəyəri 300 milyon dollara çata biləcək layihə üçün 23 illik müqavilənin imzalanması gözlənilir.

