11:50
MKİ direktorunun Moskva səfəri necə oxunmalıdır?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya qəfil səfəri rutin protokol hadisəsi deyildi. MKİ rəhbərləri Rusiyaya nadir hallarda gedirlər; belə səfərlər adətən böhran, həyati əhəmiyyətli məlumat və ya birbaşa ötürülməli siyasi mesaj olduqda baş tutur.

