11:03
Polşa Aİ-ni “Meta”ya qarşı sərt tədbirlər görməyə çağırıb
Polşa Avropa İttifaqını “Meta”ya qarşı tədbirləri sürətləndirməyə çağırıb. Buna səbəb yeni hesabatda texnologiya şirkətinin Polşada bir il ərzində dələduzluq xarakterli reklamlardan təxminən 199 milyon dollar (760 milyon zloti) gəlir əldə etmiş ola biləcəyinin göstərilməsidir.

