11:15
Çin Tramp-Si görüşü ərəfəsində “qırmızı xətlərini” açıqlayıb
Çinin ABŞ-dəki səfiri Sye Fenq sentyabrın 23-də bildirib ki, Tayvan və insan hüquqları məsələləri Pekinin güzəştə getməyəcəyi “qırmızı xətlər” sırasına daxildir. O, bu açıqlamanı Çin və ABŞ liderlərinin Vaşinqtonda keçiriləcək sammiti ərəfəsində verib.

