07:38
Rusiyanın Xarkova zərbəsi nəticəsində 22 nəfər yaralanıb
Rusiyanın Xarkovda yaşayış binasına endirdiyi zərbə nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər yaralanıb. Bu barədə şəhərin meri İqor Terexov bildirib. Bir gün əvvəl Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə hücumları nəticəsində azı beş nəfər həlak olub.

