17:48
Əfqanıstan və Belarus tibbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
Əfqanıstan və Belarus dərman, tibbi avadanlıq və tibb işçilərinin peşə hazırlığı sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib. Razılaşma sentyabrın 29-da Minskdə iki ölkənin səhiyyə nazirləri arasında keçirilən görüşdən sonra əldə olunub.

