09:31
Çin 2028-ci ilədək Marsın süni intellekt əsaslı ilk geoloji xəritəsini hazırlayacaq
Çin 2028-ci ilin sonunadək Marsın süni intellekt əsasında hazırlanan ilk geoloji xəritəsini tamamlamağı planlaşdırır. Layihə Qırmızı planetin qədim su tarixini araşdırmağı və Marsın geoloji zaman bölgüsü üçün Çinin hazırladığı yeni sistemi beynəlxalq standart kimi irəli sürməyi nəzərdə tutur.

