22:00
Husilərin hücumundan bir gün sonra Ər-Riyad hava limanına yenidən zərbə endirilib: Bir nəfər ölüb
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, oktyabrın 11-də Ər-Riyad beynəlxalq hava limanına növbəti hücumda bir nəfər ölüb, 11 nəfər yaralanıb. Bir gün əvvəl baş verən hücumda isə 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

