20:23
Fransada məktəb direktorunu və müəllimi yaralayan 14 yaşlı şagird saxlanılıb
Fransanın Marsel şəhəri yaxınlığındakı Oban qəsəbəsində yerləşən Jozef Lakanal məktəbində 14 yaşlı şagird ov tüfəngindən atəş açaraq məktəb direktorunu və bir müəllimi yaralayıb. Rəsmi qurumların məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

