canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Fransanın Marsel şəhəri yaxınlığındakı Oban qəsəbəsində yerləşən Jozef Lakanal məktəbində 14 yaşlı şagird ov tüfəngindən atəş açaraq məktəb direktorunu və bir müəllimi yaralayıb. Rəsmi qurumların məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur.
Məlumata görə, yeniyetmə məktəb binasına gitara çantasında gizlətdiyi ov tüfəngi ilə daxil olub. Birinci mərtəbədə atəş açan şagird 53 yaşlı məktəb direktorunu ayağından və belindən, 37 yaşlı müəllimi isə bud nahiyəsindən yaralayıb. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Hadisə zamanı başqa bir şəxsin də yüngül xəsarət aldığı, lakin şagirdlər arasında ciddi xəsarət alanın olmadığı bildirilir.
Marsel prokuroru Nikolas Bessonenin sözlərinə görə, silahlı şagird daha sonra yuxarı mərtəbəyə qalxaraq iki dəfə də atəş açıb. İlk atəş müəllimin ayaqları altına, ikincisi isə sinif otağındakı yazı lövhəsinə dəyib. Sinifdəki şagirdlər xəsarət almasalar da, böyük həyəcan və şok yaşayıblar.
Yeniyetmə daha böyük faciə törətməyə imkan tapmadan məktəbin nəzarətçisi tərəfindən tərk-silah edilib və hadisə yerinə gələn polis əməkdaşlarına təhvil verilib. Marsel Prokurorluğu faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi açıb. Yeniyetmənin bu addımı hansı motivlə atdığı hələ ki məlum deyil.
Atışma zamanı məktəbdə böyük təşviş yaşanıb. Şagirdlərdən birinin sözlərinə görə, müəllim ilk atəş səsini yaxınlıqdakı tikinti işləri ilə səhv salıb. İkinci atəşdən sonra həyəcan siqnalı işə düşüb və şagirdlər dəhlizlərə qaçaraq binanı tərk etməyə çalışıblar.
Oban şəhərinin meri Jan-Pier Skillari şagirdlərin saniyələr ərzində təhlükəsiz yerə təxliyə edildiyini, hadisədən sarsıntı keçirənlər üçün psixoloji yardım qrupunun yaradıldığını bəyan edib.
Fransa prezidenti Emmanuel Makron zərərçəkənlərə, şagirdlərə və valideynlərə dəstəyini ifadə edərək faciənin qarşısını alan məktəb heyətinin operativ addımlarını yüksək qiymətləndirib:
“Təhsil heyətinin soyuqqanlılığını və nümunəvi reaksiyasını təqdir edirəm. Məhz onların sayəsində daha böyük faciənin qarşısı alındı”, — deyə Makron “X” hesabında yazıb.
Fransanın təhsil naziri Eduard Jefre hadisəni cəmiyyətdə artan zorakılığın təzahürü kimi qiymətləndirib. Onun daxili işlər naziri Loran Nunyeslə birgə məktəbə baş çəkilməsi planlaşdırılır.
Hücumun dəqiq səbəbləri ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də bildirib ki, dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş baş tuta bilər. Lakin nə ABŞ, nə də Rusiya mümkün görüşü hələ təsdiqləməyib.
Oktyabrın 17-də Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) iclasında Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edərkən nümayəndələrin yarıya yaxını zalı tərk edib.
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə avtomobil sənayesinə dəstək, Çinlə ticarət münasibətləri və Ukraynaya maliyyə yardımı məsələlərini müzakirə edərək bir sıra sahələr üzrə irəliləyiş əldə ediblər.
Oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və digər sosial-iqtisadi problemlərə etiraz olaraq ölkəmiqyaslı aksiyaların keçirilməsi gözlənilir. Nümayişlərə tələbələrin, həmkarlar ittifaqlarının üzvlərinin və “Sarı jiletlilər” hərəkatının keçmiş iştirakçılarının qoşulacağı bildirilir.
Yerdən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirsəydiniz, ən çox nəyin həsrətini çəkərdiniz? Astronavtlara evlərini xatırladan şeylərdən biri də alışdıqları yeməklərdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın