11:30
Keniyada təriqət rəhbəri 190 uşağın ölümündə təqsirli bilinib
Keniya məhkəməsi təriqət lideri Pol Makkenzini və onunla birlikdə mühakimə olunan daha 28 nəfəri 190 uşaq və bir yetkin şəxsin qətlində təqsirli bilib. Dünyanı sarsıdan bu hadisə son dövrlərin ən dəhşətli dini sekta faciələrindən biri kimi tarixə düşüb.

