Polis Lissabonda mənzil böhranına etiraz edənlərin çadır düşərgəsini dağıdıb
Portuqaliyada minlərlə insan hökumətdən icarə qanun layihəsini geri götürməyi tələb edərək yürüş keçirib. Etirazçılar layihənin ölkədəki mənzil böhranını daha da ağırlaşdıracağını bildirirlər. Yürüşdən sonra polis Lissabonun Rossio meydanında qurulan çadır düşərgəsini dağıdıb.

