Rusiya və Ukraynada yeni hücumlar sülh səyləri fonunda davam edir
Rusiya və Ukraynada ölümcül hücumlar davam etdiyi bir vaxtda noyabrın 10–11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan sülh danışıqlarına hazırlıq sürətlənib.
Rusiya və Ukraynada ölümcül hücumlar davam etdiyi bir vaxtda noyabrın 10–11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan sülh danışıqlarına hazırlıq sürətlənib.
Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətində humanitar yardım paylanan məktəbə endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər həlak olub. Ölənlər arasında xilasedicilər və polis əməkdaşları da var. Daha 50 nəfər itkin düşüb.
Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın Zaporojye vilayətində humanitar yardım paylanan məktəbə hava hücumu nəticəsində azı 26 nəfər həlak olub. Ölənlər arasında xilasedicilər və polis əməkdaşları da var. Daha 27 nəfər itkin düşüb.
Rusiya və Ukrayna oktyabrın 27-də Rusiyanın işğalı altında olan Oleşki şəhərində humanitar əməliyyatların başlanması üçün lokal atəşkəsin qüvvəyə mindiyini bildiriblər. Bununla belə, tərəflər digər bölgələrdə, o cümlədən Ukraynanın paytaxtı Kiyevdə hücumları davam etdirirlər.
Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə zərbələri nəticəsində azı altı nəfər yaralanıb, enerji və liman infrastrukturuna ziyan dəyib. Prezident Volodimir Zelenski ABŞ-nin Rusiyanın gözlənilən ballistik raket hücumları barədə xəbərdarlıq sisteminin tam bərpa olunduğunu bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.