14:37
Koreya yarımadasında gərginlik artır, sərhəddə artilleriya qurğusu görünüb
Şimali Koreyanın sentyabrda baş vermiş mina partlayışı ilə bağlı Cənubi Koreyanın təqdim etdiyi məlumatlara BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda etiraz etməsindən sonra iki ölkə arasında gərginlik artıb. Sərhəd yaxınlığında Şimali Koreyaya məxsus artilleriya qurğusu da müşahidə edilib.

