17:41
Avropada yeddi təyyarə reysinə və kruiz gəmisinə bomba hədəsi
Noyabrın 3-də Avropada ən azı yeddi təyyarə reysinə və bir kruiz gəmisinə bomba hədəsi edilib. Bəzi təyyarələr başqa hava limanlarına yönləndirilib, müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Yoxlamalarda partlayıcı maddə tapılmayıb. Hədələrə görə məsuliyyəti üzərinə götürən olmayıb.

