13:19
ABŞ-də aviareyslərdə fasilələr noyabrın 15-i axşamadək davam edəcək
ABŞ-də hava nəqliyyatının noyabrın 15-i axşam saatlarınadək tam normallaşacağı gözlənilmir. Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayan Bedford bildirib ki, ölkə üzrə uçuşların dayandırılmasına səbəb olan texniki nasazlıqdan sonra aviareyslər tədricən bərpa olunur.

