canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Cənubi Avropa ölkələri ötən ay yaşanan isti hava dalğasından sonra yenidən kəskin istilərlə üzləşməyə hazırlaşır. Çərşənbə günü Fransa, İtaliya, İspaniya və Portuqaliyada temperaturun kəskin yüksələcəyi gözlənilir. Bölgədə meşə yanğınlarının başvermə ehtimalı da böyükdür.
Fransada isti hava və meşə yanğınları riski yenidən artır
Fransanın milli meteorologiya xidməti yüksək temperaturla əlaqədar ölkənin 67 bölgəsində narıncı xəbərdarlıq elan edib. Bəzi ərazilərdə temperaturun 41 dərəcəyə çatacağı gözlənilir.
Məlumata görə, ölkənin 40 bölgəsində meşə yanğınları riski “yüksək”, daha beşində isə “çox yüksək” olaraq qiymətləndirilir.
Fransanın cənubunda meşə yanğınlarının yayıldığı ərazi genişlənir
Son günlər Fransa, əsasən, cənub bölgələrini bürüyən meşə yanğınları ilə mübarizə aparır. Şərqi Pireneylər bölgəsində yanğın 4 900 hektardan çox ərazini öz cənginə alıb.
Rəsmilər çərşənbə günü vəziyyətin yaxşılaşdığını bildirsələr də, yenidən alovlanma hallarının qarşısını almaq üçün ərazidə 800 yanğınsöndürən fəaliyyətini davam etdirir.
Daxili işlər naziri Loran Nüne çərşənbə axşamı meşə yanğınları ilə bağlı şübhəli bilinən altı nəfərin saxlanıldığını açıqlayıb. Nazir “X” sosial şəbəkə hesabında bildirib ki, Savoya bölgəsində yanğını söndürmək istəyən 22 yaşlı könüllü həlak olub.
Drom bölgəsindəki yanğın da 1 400 hektar ərazini külə çevirib.
Cənubi Avropada isti hava dalğası güclənir
İtaliyanın da yeni isti hava dalğasının təsiri altına düşəcəyi gözlənilir. Həftəsonu ölkədə temperaturun 40 dərəcəyə çatacağı bildirilir. Yerli KİV-nin məlumatına görə, bir neçə şəhər üçün narıncı xəbərdarlıq elan edilib.
İspaniyanın böyük hissəsində narıncı xəbərdarlıq qüvvədədir. İki bölgədə isə hətta qırmızı xəbərdarlıq elan edilib. Bəzi ərazilərdə temperaturun 45 dərəcəyə yaxınlaşacağı gözlənilir.
Qonşu Portuqaliyanın da bir çox bölgəsində narıncı xəbərdarlıq elan olunub. Hərarətin 40 dərəcəyə çatacağı gözlənilir.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 15-də dünyanın müxtəlif yerlərində baş verən iqlim və ətraf mühit hadisələri ilə bağlı əsas xəbərlərə nəzər salırıq.
Türkiyənin COP31 sədrliyi iqlim öhdəliklərini konkret layihələrə və ölçülə bilən nəticələrə çevirməyi hədəfləyən fəaliyyət planını təqdim edib. Gündəliyin əsas istiqamətləri arasında təmiz enerji, tullantıların azaldılması, iqlimə davamlı şəhərlər və yaşıl sənayeləşmə var.
Qrenlandiya və Antarktida 1979–2023-cü illərdə birlikdə 11,3 trilyon ton buz itirib. Buz örtükləri ilə bağlı indiyədək aparılmış ən əhatəli peyk araşdırmasına görə, buz itkisi son onilliklərdə sürətlənib.
Avropa İttifaqı təkrar emal səviyyəsinin aşağı olması, ətraf mühitə zərər və tullantıların qanunsuz daşınması ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyəyə böyük həcmdə plastik tullantı ixracına icazə verməyə davam edəcək.
Minlərlə zeytun rəngli dəniz tısbağası yumurta qoymaq üçün Meksikanın cənubundakı Oaxaka ştatında yerləşən La Eskobilya çimərliyinə çıxıb. Təbiəti mühafizə mütəxəssisləri xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi balaların yumurtadan çıxmasını və sağ qalmasını getdikcə çətinləşdirir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın