Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Zəngin tarixi və füsunkar təbiəti ilə tanınan Qəbələ rayonu hazırda mövsümün növbəti vizual rəngarəngliyi ilə turistləri cəlb edir. Rayonun geniş lavanda tarlaları sürətlə inkişaf edən aqroturizm sektorunun əsas cazibə mərkəzinə çevrilməkdədir.
Rayonun ən populyar məkanlarından biri də Çuxur kəndində yerləşən "Essenso Garden" aqroturizm mərkəzidir. Bu mərkəz özünəməxsus kənd mühitində ekoturizmlə yerli istehsalatı uğurla birləşdirir.
2018-ci ildə 30 hektar sahədə salınan mərkəzdə lavanda və digər efir yağlı bitkilər yetişdirilir, həmçinin təbii lavanda yağı və ekoloji təmiz məhsullar istehsal olunur.
May ayının ortalarından oktyabrın sonunadək bağlar rəngarəngliyə bürünür; cərgə-cərgə düzülmüş lavandalar ərazidə gözoxşayan bənövşəyi landşaft yaradır. Tarlaların gözəlliyini digər ətirli və dekorativ bitkilər daha da tamamlayır.

Axşam saatlarında isə batan günəşin qızılı şəfəqləri lavanda tarlalarının üzərinə düşərək regionun ən çox fotoşəkil çəkilən mənzərələrindən birini ortaya çıxarır.
"Essenso Garden" Azərbaycanda getdikcə populyarlaşan aqroturizm trendini parlaq şəkildə əks etdirir. Bura gələn qonaqlara ölkənin təbii gözəllikləri ilə yanaşı, yerli kənd təsərrüfatını da yaxından daddmaq imkanı yaradılır.
Mərkəz lavandanın yetişdirilməsi, ondan efir yağlarının və digər təbii məhsulların alınması prosesini əyani nümayiş etdirməklə həm istirahət, həm də maarifləndirici xidmət təklif edir.

Qəbələ il boyu Azərbaycanın aparıcı turizm zonalarından biri olaraq qalır. Rayon özünün sıx meşələri, uca dağları, tarixi abidələri və aktiv açıq hava fəaliyyətləri ilə yerli və xarici turistlərin diqqətini çəkir.
Yaz-yay aylarında isə lavanda tarlaları rayonun turizm potensialına fərqli bir rəng qatır. Bu tarlalar ölkənin ən mənzərəli guşələrindən birində təbiətdən zövq almaq, unudulmaz fotolar çəkdirmək və yerli sənətkarların əl işlərini əldə etmək üçün hər kəsə sakit və hüzurlu bir mühit bəxş edir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
BMT-nin oktyabrın 21-də dərc etdiyi hesabata görə, ölkələr hazırkı iqlim siyasətini davam etdirsələr, 2100-cü ilədək dünyanın orta temperaturu sənayeləşmədən əvvəlki səviyyədən 2,8°C yüksək ola bilər.
“Murasu” siklonu noyabrın 3-də Hindistanın şərq sahillərinə çatıb. Siklon təhlükəsi ilə əlaqədar minlərlə sakin təxliyə edilib. Bu, bir həftə ərzində bölgəni vuran ikinci siklondur.
“Oxfam” təşkilatının yayımladığı hesabata görə, dünyanın ən varlı səkkiz milyon insanı əhalinin 0,1 faizini təşkil edir. Onların istehlak nəticəsində yaratdığı karbon emissiyası dünyanın ən yoxsul 3,5 milyard insanının ümumi emissiyasından daha çoxdur.
BMT-nin hesabatına görə, beynəlxalq öhdəliklərə baxmayaraq, qlobal istiləşmənin Paris Sazişində müəyyən edilmiş təhlükəli həddi aşması qaçılmaz görünür. İstixana qazlarının emissiyası rekord səviyyəyə çatıb, qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq isə getdikcə çətinləşir.
Ermənistan COP17-yə ev sahibliyi etməyə hazırlaşır. Yeni proqnozlar göstərir ki, ölkələrin təbiəti qorumaqla bağlı vədləri ilə 2030-cu ilədək əldə edə biləcəkləri nəticələr arasında fərq artır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın