Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
Efiopiyada yeddi silahlı qrup, o cümlədən 2020–2022-ci illərdəki vətəndaş müharibəsində bir-birinə qarşı döyüşmüş qüvvələr Baş nazir Abiy Əhmədin hökumətini devirməyi hədəfləyən ittifaq yaradıb.
“Efiopiya Xalqları Qüvvələri Alyansı” yaşamaq uğrunda mübarizə məqsədilə ölkənin müxtəlif bölgələrindən olan qrupları, o cümlədən Tiqray Xalq Azadlıq Cəbhəsini (TPLF) və Amhara Fano Milli Hərəkatını bir araya gətirir. Bununla belə, bəzi üzvlər arasında ərazi və digər məsələlərlə bağlı fikir ayrılıqları qalır.
Abiy Əhmədin sözçüsü Bilene Seyum bildirib ki, qruplar qonşu Eritreyanın maliyyə dəstəyi ilə bir müddətdir əməkdaşlıq edirlər. Eritreya isə oxşar ittihamları dəfələrlə rədd edib.
“Son açıqlama Efiopiya hökumətinin dəfələrlə irəli sürdüyü iddiaları bir daha təsdiqləyir”, – Seyum deyib.
Fano qüvvələri 2020–2022-ci illərdə Tiqray müharibəsində TPLF-yə qarşı federal hökumətlə birlikdə döyüşüb. Müharibə yüz minlərlə insanın ölümü ilə nəticələnib və etnik zəmində ağır zorakılıqlarla müşayiət olunub.
Daha sonra Fano federal hökumətə qarşı silahlı mübarizəyə başlayıb. 2023-cü ildən Amhara bölgəsində davam edən qarşıdurmalarda minlərlə insanın öldürüldüyü bildirilir.
İttifaqa daxil olan qruplar hökuməti hakimiyyəti mərkəzləşdirməkdə və bölgələri təcrid etməkdə ittiham edirlər. Hökumət isə siyasi fikir ayrılıqları və daxili münaqişələrin həlli üçün milli dialoq başladığını bildirir.
İttifaqın bəyanatında üzvlərin “bu rejimi devirmək kimi tarixi məsuliyyət daşıdığı” bildirilib. Bəyanatı Fano lideri Zemene Kassie oxuyub və çıxış TPLF-nin nəzarətində olan “Tigrai TV”də yayımlanıb.
Efiopiyanın media tənzimləyicisi daha sonra ölkədəki xəbər qurumlarına “Tigrai TV”dən mənbə kimi istifadə etməyi qadağan edib.
İttifaqa Oromiya, Afar və Benişanqul-Qumuz bölgələrindən olan qruplar da daxildir. Yeni birlik federal qüvvələrlə Tiqray qüvvələri arasında toqquşmaların baş verdiyinə dair məlumatlar fonunda yaradılıb.
Mayda TPLF Tiqrayın siyasi idarəçiliyi üzərində nəzarəti yenidən ələ alıb. “Reuters”in məlumatına görə, bu addım 2022-ci ildə Tiqray müharibəsinə son qoyan sülh sazişinin şərtlərinə zidd olub. TPLF isə federal hökuməti razılaşmanın şərtlərinə əməl etməməkdə ittiham edib.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən çox aksiya iştirakçısını saxlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaltmaq qərarından bir gün sonra Rusiyanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 17 nəfər həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını tənqid edib.
Oktyabrın 9-da Sinqapurda hava keyfiyyəti kəskin pisləşib. IQAir platformasının məlumatına görə, yerli vaxtla saat 08:00-da havanın keyfiyyəti indeksi 205-ə çatıb. Bu göstərici sağlamlıq üçün çox zərərli hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki əhaliyə hücumların kəskin artmasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın