Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Bakıda oktyabrın 15-də keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşü ərəfəsində Azərbaycan, Kamboca və Laos üçün ortaq problemlərdən biri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükədir.
Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə bu üç ölkə üçün həm humanitar, həm də iqtisadi baxımdan ciddi problem olaraq qalır.
Zirvə görüşü ərəfəsində Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də, Laos Prezidenti Thonqlun Sisulit isə oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüblər. Danışıqlarda minatəmizləmə sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Mina təhlükəsi hər üç ölkədə fərqli münaqişələr nəticəsində yaransa da, onların ortaq məqsədi minalanmış əraziləri təmizləmək və insanların təhlükəsizliyini təmin etməkdir.
Laos dünyada partlamamış hərbi sursatlardan ən çox zərər çəkmiş ölkələrdən biridir. “Landmine and Cluster Munition Monitor”un məlumatına görə, 1964–1973-cü illərdə Laos ərazisinə iki milyon tondan çox bomba atılıb. Bunların arasında 270 milyondan artıq kasetli sursat elementi olub.
Onilliklərdir davam edən təmizləmə işlərinə baxmayaraq, 2024-cü ilin sonuna ölkədə təxminən 1500 kvadratkilometr ərazi təhlükəli olaraq qalırdı. Həmin il 75 kvadratkilometr ərazi təmizlənib. Bununla belə, Laos rəsmiləri minatəmizləmə işlərinin 2030-cu ildən sonra da davam etdirilməli olacağını bildirirlər.
Kambocada mina təhlükəsi 1970–1998-ci illərdə baş vermiş münaqişələrin nəticəsidir. “Associated Press” agentliyinin məlumatına görə, həmin dövrdə ölkə ərazisinə dörd-altı milyon mina və digər partlayıcı müharibə qalığı səpələnib. Münaqişələr başa çatdıqdan sonra Kambocada mina və digər partlayıcılar nəticəsində təxminən 20 min nəfər həlak olub, 45 minə yaxın insan yaralanıb.
Təhlükənin hələ də qalmasına baxmayaraq, Kamboca humanitar minatəmizləmə sahəsində beynəlxalq səviyyədə tanınan təcrübə qazanıb. Hazırda ölkə xaricdə həyata keçirilən minatəmizləmə əməliyyatlarına mütəxəssislər göndərir və texniki biliklərini digər ölkələrlə bölüşür.
Azərbaycanda isə Qarabağ bölgəsində minatəmizləmə işləri ölkənin yenidənqurma prosesinin əsas prioritetlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin sözlərinə görə, 2020-ci ildən bəri mina partlayışları nəticəsində 437 nəfər həlak olub və ya yaralanıb. Onlardan 73-ü həyatını itirib. Azərbaycan rəsmilərinin hesablamalarına əsasən, ölkə ərazisinin 13 faizindən çoxu mina və partlayıcı müharibə qalıqları ilə çirklənib.
Minaların sayı ilə bağlı qiymətləndirmələr isə fərqlənir. Azərbaycan rəsmiləri təsirə məruz qalmış ərazilərdə bir milyondan çox mina basdırıldığını bildirirlər. Bəzi beynəlxalq təşkilatların hesablamalarına görə isə bu rəqəm 1,5 milyona çata bilər.

Bakıda aparılan müzakirələr göstərib ki, ölkələrin üzləşdiyi təhlükələr fərqli olsa da, onların minatəmizləmə üçün texniki vasitələrə və humanitar dəstəyə ehtiyacları oxşardır.
Mütəxəssislərin qarşısında duran əsas vəzifə yalnız minaları zərərsizləşdirmək deyil, həm də onların yerləşdiyi əraziləri dəqiq müəyyənləşdirməkdir.
Təhlükəli sahələrin araşdırılması minatəmizləmə prosesinin ən vacib və çox vəsait tələb edən mərhələlərindən biridir. Bu, resurslardan səmərəli istifadə etməyə və riskin az olduğu ərazilərdə lazımsız əməliyyatların qarşısını almağa imkan verir.
Azərbaycanla Cənub-Şərqi Asiya ölkələri arasında bu sahədə əməkdaşlıq artıq formalaşmağa başlayıb.
Sentyabrda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Kambocanın paytaxtı Pnompendə yerləşən ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında anlaşma memorandumu imzalanıb. Hər iki qurum təcrübə və qabaqcıl metodların mübadiləsi məqsədilə Laos rəsmiləri ilə də əlaqələr qurub.
Beynəlxalq humanitar təşkilatlar da əməkdaşlıqda iştirak edir. APOPO təşkilatı daha əvvəl minaların aşkarlanması və təmizlənməsi layihəsi çərçivəsində Kambocadan olan mütəxəssislər qrupunu Azərbaycana göndərib. Təşkilatın Kambocadakı təlim mərkəzləri isə müxtəlif ölkələrdə aparılan minatəmizləmə əməliyyatlarına dəstək verməyə davam edir.
Kamboca nümayəndə heyətinin Bakıya səfəri zamanı minatəmizləmə sahəsində ayrıca saziş imzalanmayıb. İki ölkə arasında əldə olunan razılaşmalar iqtisadi əməkdaşlıq, vergitutma və təhsil sahələrini əhatə edib.
Bununla belə, tərəflərin açıqlamaları minatəmizləmə sahəsində praktik əməkdaşlığa marağın artdığını göstərir.
Prezident İlham Əliyev təcrübə, bilik və təlim mübadiləsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan rəsmiləri də ölkənin minatəmizləmə, yenidənqurma və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı proseslərini eyni vaxtda həyata keçirmək sahəsində qazandığı təcrübəni dəfələrlə vurğulayıblar.
Bu baxımdan danışıqların ən real nəticəsi yeni irimiqyaslı təşəbbüsdən daha çox, mövcud texniki əməkdaşlığın genişləndirilməsi ola bilər.
Əməkdaşlıq təlim proqramlarını, tanışlıq səfərlərini, qurumlararası təcrübə mübadiləsini və texnologiyaların paylaşılmasını əhatə edə bilər.
Hər üç ölkə üçün minatəmizləmə sahəsində əsas maneələrdən biri maliyyə çatışmazlığıdır.
Azərbaycan minatəmizləmə əməliyyatlarının böyük hissəsini dövlət vəsaiti hesabına maliyyələşdirməyə davam etdiyini, eyni zamanda xüsusi avadanlıq və qabaqcıl texnologiyalara çıxış imkanlarını genişləndirməyə çalışdığını bildirir. Kambocada minatəmizləmə sektoru əsasən beynəlxalq donorların maliyyə dəstəyindən asılıdır. Laos da bu sahədə böyük ölçüdə xarici yardıma güvənir.
Humanitar təşkilatlar xəbərdarlıq edirlər ki, kifayət qədər texniki bilik və təcrübə olsa belə, maliyyə dəstəyinin qeyri-sabitliyi minatəmizləmə işlərini ciddi şəkildə ləngidə bilər.
Bakıda aparılan müzakirələr bir daha göstərib ki, münaqişələr fərqli olsa da, onların miras qoyduğu mina və partlayıcı sursat təhlükəsinin aradan qaldırılması hər üç ölkə üçün oxşar çətinliklər yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın