Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
İspaniya hökuməti qatar maşinistlərinin noyabrın 10-da dəmir yollarının saxlanılması və texniki xidmətinə ayrılan vəsaitin artırılması tələbi ilə tətil keçirməsindən sonra dəmir yolu təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər paketini təsdiqləyib.
Maşinistlərin “Semaf” həmkarlar ittifaqı hökumətin qərarından sonra noyabrın 12-nə planlaşdırılan növbəti tətili ləğv edib. Yeni tədbirlər dəmir yolu işçilərinə təhlükəsizliklə bağlı risklər barədə məlumat vermək üçün daha geniş imkanlar yaradır. Həmçinin maşinistlərə təhlükə aşkar etdikdə qatarı dayandırmaq və ya onun hərəkətini bərpa etməmək barədə müstəqil qərar qəbul etmək səlahiyyəti verilir. İctimai nəqliyyat qəzalarında zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün ombudsman institutu yaradılıb.
“Semaf” hökumətin qərarını “mövqeyində ciddi dəyişiklik” kimi qiymətləndirib və noyabrın 12-nə planlaşdırılan aksiyanın noyabrın 23-nə keçirildiyini açıqlayıb. Noyabrın 17-nə planlaşdırılan digər tətil isə qüvvədə qalır.
Dövlət dəmir yolu operatoru “Renfe”nin məlumatına görə, noyabrın 10-da uzaq və orta məsafəli qatar reyslərinin təxminən 40 faizi ləğv edilib. Madridin şəhərətrafı dəmir yolu şəbəkəsində reyslərin təxminən 90 faizi, Barselonada isə yerli qatar reyslərinin yarısı həyata keçirilməyib.
Noyabrın 11-də də dəmir yolu nəqliyyatının işində fasilələr gözlənilir. Həmin gün həmkarlar ittifaqları İspaniyada mənzil böhranına etiraz olaraq ölkə üzrə 24 saatlıq ümumi tətil keçirəcəklər. Tətil noyabrın 29-na təyin edilmiş növbədənkənar seçkilər ərəfəsində baş tutacaq.
Bu il Madrid və Sevilya şəhərlərini birləşdirən yüksəksürətli dəmir yolu xəttində baş verən iki qəzada ümumilikdə 115 nəfər həlak olub. Yanvarda İspaniyanın cənubundakı Adamus şəhəri yaxınlığında qatarların toqquşması nəticəsində 46 nəfər, ötən ay Toledo yaxınlığında baş verən qəzada isə 69 nəfər həyatını itirib.
Müstəntiqlərin məlumatına görə, ikinci qəza siqnalizasiya sistemində nasazlıq yarandıqdan sonra baş verib. Dispetçer “Renfe” şirkətinə məxsus qatara hərəkəti davam etdirmək göstərişi verib. Halbuki həmin xəttin qarşıdakı hissəsində “Iryo” şirkətinə məxsus başqa bir qatar dayanmışdı.
“Semaf” həmkarlar ittifaqının məlumatına görə, yanvar qəzasından sonra hökumətlə maşinistlər arasında təhlükəsizliyin artırılması ilə bağlı danışıqlara başlanılsa da, aprel ayında bu müzakirələr dayandırılıb.
İspaniyanın nəqliyyat naziri Oskar Puente ötən həftə istefa verib.
İspaniya Kralı VI Felipe və Kraliça Letisiya noyabrın 10-da Toledo kafedralında oktyabr qəzasında həlak olanların xatirəsinə keçirilən matəm mərasiminə qatılıblar. Mərasimdə qurbanların yaxınları da iştirak ediblər.
Sançez bir qayda olaraq dini mərasimlərdə iştirak etmədiyini bildirərək tədbirə qatılmayıb. Mühafizəkar müxalifət isə onu qorxaqlıqda ittiham edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın