Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
Yanğının yayılmasının qarşısını almaq üçün əraziyə Bəhreynin Mülki Müdafiə Xidmətinin əməkdaşları cəlb edilib. Bəhreyn Daxili İşlər Nazirliyi obyektin adını və dəqiq yerini açıqlamayıb. Şahidlərin çəkdiyi və təsdiqlənmiş görüntülərdə Sitra ərazisində bir binanın alova büründüyü görünür. Görüntülərdəki yolların, divarların və binaların peyk və arxiv təsvirləri ilə uyğunluğu müəyyən edilib.
Bəhreyn Müdafiə Qüvvələri İranın bir neçə hava hücumunun qarşısının alındığını ayrıca açıqlayıb. Qurumun məlumatına görə, yerə düşən qəlpələr maddi ziyan vurub, ölən və yaralanan olmayıb.
Daxili İşlər Nazirliyi yanğınsöndürənlərin alovu nəzarət altına almağa çalışdıqlarını bildirib. Bəhreyn rəsmiləri obyektə necə zərbə endirildiyini açıqlamayıblar.
Nazirlik bundan əvvəl mümkün təhlükə ilə əlaqədar sakinlərə yaxınlıqdakı təhlükəsiz yerə keçməyi tövsiyə edib. Sonra təhlükənin sovuşduğunu bildirib, ardınca isə yenidən xəbərdarlıq yayıb.
Bəhreyn Müdafiə Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bir neçə hücumu dəf edib. Yerə düşən qəlpələr maddi ziyan vurub, xəsarət alan olmayıb.
SEPAH-ın aerokosmik qüvvələri Bəhreynin Ər-Rifa və Əvali ərazilərindəki ABŞ hərbi mövqelərinə raket və PUA zərbələri endirdiyini bildirib.
İranın IRNA dövlət xəbər agentliyinin yaydığı açıqlamada SEPAH əməliyyatı davam edən təcavüzə və İranın hava məkanının dəfələrlə pozulmasına cavab tədbiri kimi təqdim edib.
İran tərəfinin açıqlamasında həmin əməliyyatla mülki sənaye obyektindəki yanğın arasında əlaqə təsdiqlənməyib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması Bəhreyndə yerləşir. Bu, Vaşinqtonla Tehran arasında davam edən gərginlik fonunda ölkənin strateji əhəmiyyətini artırır.
Son hadisədən əvvəl də noyabr ayında Bəhreynə İranın bir neçə hava hücumu barədə məlumat yayılmışdı.
Bəhreyn Müdafiə Qüvvələri noyabrın 15-də hava hücumundan müdafiə sistemlərinin ölkəyə yönələn bir neçə hava hücumunun qarşısını aldığını və hədəfləri məhv etdiyini bildirib.
Noyabrın 17-də Bəhreyn ordusu İranın hava hücumlarını yenidən dəf etdiyini açıqlayıb. SEPAH Şeyx İsa aviabazasındakı ABŞ radar sistemini hədəf aldığını bildirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, PUA-lar vurulub, ABŞ avadanlığına ziyan dəyməyib və hərbçilər arasında xəsarət alan olmayıb.
Noyabrın 18-də yeni hücumlar barədə məlumat yayıldıqdan sonra əhaliyə yenidən təhlükəsizlik xəbərdarlığı edilib. Bəhreyn Müdafiə Qüvvələri hava hücumlarının qarşısının alındığını bildirib.
Noyabrdakı hücumlar Fars körfəzi ölkələrinə qarşı hücumların nisbətən səngiməsindən sonra baş verib.
ABŞ və İsrailin 2026-cı ilin fevralında İrana endirdiyi zərbələrdən sonra regionda hərbi qarşıdurma kəskinləşib. Tehran bölgədəki ABŞ hərbi obyektlərinə hücumları cavab tədbiri kimi təqdim edib. Bəhreyn isə öz ərazisinə hücumları pisləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
İraqın Bəsrə şəhərindəki “Əl-Harta” elektrik stansiyasında baş verən yanğında azı 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, ölənlərin sayı arta bilər.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ ilə müharibəyə diplomatik yolla son qoymağa hələ də ümid edir. Onun sözlərinə görə, İran yeni müharibənin qarşısını alacaq razılaşma əldə etməyə çalışır.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Qırğızıstan və Türkmənistan Çin, Mərkəzi Asiya, Xəzər regionu və Avropanı birləşdirəcək yeni multimodal nəqliyyat dəhlizinin yaradılmasını müzakirə ediblər.
Pakistan və ASEAN ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın