Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Filippin Prezidenti Ferdinand Markosla ikitərəfli danışıqlar aparıb və onun verdiyi rəsmi nahara qatılıb.
Daha sonra Filippinə rəsmi səfərini başa vuraraq Maniladan Çinin Şençjen şəhərinə yola düşüb. Tramp burada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlərinin toplantısında iştirak edəcək.
ABŞ Prezidenti Donald Tramp ABŞ və Filippinin indiyədək ən böyük birgə hərbi təlim keçirdiyini bildirib. Təlimdə hava, quru və dəniz əməliyyatları ilə yanaşı, kiber və kosmik əməliyyatlar da yer alıb.
Noyabrın 18-də Filippin Prezidenti Ferdinand Markosun təşkil etdiyi rəsmi naharda çıxış edən Tramp təlimdən danışarkən iki ölkə arasında Qarşılıqlı Müdafiə Müqaviləsinin 75 illiyini də xatırladıb.
Tramp ABŞ və Filippinin həm müdafiə, həm də iqtisadi sahədə əlaqələrini gücləndirdiyini deyib. O, Luzon İqtisadi Dəhlizi çərçivəsində infrastrukturun inkişafına da diqqət çəkib.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Filippinə səfəri zamanı iki ölkə arasında böyük ticarət razılaşması əldə olunduğunu açıqlayıb.
Filippin Prezidenti Ferdinand Markosun təşkil etdiyi rəsmi naharda Tramp deyib: “Biz indicə çox böyük bir ticarət razılaşması əldə etmişik. Bu, indiyədək bağladığımız ən böyük ticarət sazişidir və hər iki ölkə üçün ədalətlidir”.
Tramp razılaşmanın qısa müddətdə əldə olunduğunu bildirsə də, sazişin şərtləri, dəyəri və icrası barədə məlumat verməyib.
Filippin Prezidenti Ferdinand Markos bildirib ki, ölkəsi ABŞ ilə ticarət, investisiya, enerji, texnologiya və təchizat zəncirləri sahələrində əməkdaşlığı genişləndirir. Bu il iki ölkə arasında müdafiə sahəsində müttəfiqliyin 75 illiyi qeyd olunur.
Noyabrın 18-də Manilada ABŞ Prezidenti Donald Trampın şərəfinə təşkil olunan rəsmi naharda çıxış edən Markos münasibətlərin təkcə müdafiə və təhlükəsizliklə məhdudlaşmadığını vurğulayıb.
O, Trampın səfərinin iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə inandığını bildirib. Bununla belə, hər hansı yeni razılaşma və ya öhdəlik açıqlamayıb.
Filippin Prezidenti Ferdinand Markos noyabrın 18-də ABŞ Prezidenti Donald Trampın Manila səfəri zamanı ticarət sazişi imzalanmayacağını bildirib.
Jurnalist Markosa Trampın səfəri zamanı vergi və ticarət sahəsində razılaşmanın, yaxud gömrük sazişinin imzalanacağına dair sual ünvanlayıb.
“Heç bir saziş imzalanmayacaq. Ən azı bu səfər zamanı”, – Markos cavab verib.
ABŞ Prezidenti Donald Tramp ABŞ, Filippin və Yaponiyanın birgə irəli sürdüyü Luzon İqtisadi Dəhlizinə tərəfdaş ölkələrdən 100 milyard dollar sərmayə cəlb edilməsinin planlaşdırıldığını bildirib.
Trampın sözlərinə görə, təşəbbüs Filippində strateji əhəmiyyətli sənaye sahələrinin inkişafına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək. O, layihənin üç ölkə arasında iqtisadi əməkdaşlığı da gücləndirəcəyini vurğulayıb.
Nəzərdə tutulan 100 milyard dollarlıq sərmayənin ayrılması hələ təsdiqlənməyib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Manilanın iri nüvə enerjisi layihəsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə bu sahədə əməkdaşlığı genişləndirə bilər.
Filippin Prezidenti Ferdinand Markosla görüşündə Tramp deyib: “Yəqin ki, nüvə enerjisi ilə bağlı çox böyük bir iş görəcəyik”.
Tramp həmçinin Alyaskada çəkilməsi təklif olunan boru kəməri vasitəsilə ABŞ-nin enerji ixracında Filippinin də tərəfdaş ola biləcəyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Filippinə 5 milyard dollardan çox silah satışını təsdiqlədiyini bildirib. İki ölkə müdafiə sahəsində əməkdaşlığı da genişləndirir.
Manilada Filippin Prezidenti Ferdinand Markosla birgə çıxış edən Tramp administrasiyasının bu ölkəyə ayrılan hərbi maliyyə dəstəyinin xeyli artırılmasını dəstəklədiyini deyib.
Tramp həmçinin ABŞ ilə Filippin arasında müttəfiqlik münasibətlərinin heç vaxt indiki qədər güclü olmadığını vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşü zamanı Qərbi Filippin dənizindəki gərginlikdən narahat olmadığını bildirib.
Filippinin ABŞ ilə Qarşılıqlı Müdafiə Müqaviləsinə istinad edəcəyi təqdirdə Vaşinqtonun necə reaksiya verəcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Mən qətiyyən narahat deyiləm. Bu məsələ yoluna qoyulacaq”.
Lakin o, ABŞ-nin hansı addımları atacağını açıqlamayıb.
Filippin Prezidenti Ferdinand Markos noyabrın 18-də Manilada ABŞ Prezidenti Donald Trampla görüşündə ölkəsinin “Jollibee” fastfud şəbəkəsinin ABŞ-dəki populyarlığından danışıb.
Markosun sözlərinə görə, noyabrın 17-də keçirilən ASEAN–ABŞ sammitindən sonra Tramp və onun nümayəndə heyəti üçün gecə qəlyanaltısı olaraq “Jollibee”dən qızardılmış toyuq sifariş verilməsini təşkil edib.
“Fəxrlə deyə bilərik ki, ABŞ-də populyarlığımıza görə KFC-ni geridə qoymuşuq”, – Markos bildirib.
Tramp isə buna “Möhtəşəm!” deyə cavab verib.
Filippin Prezidenti Ferdinand Markos noyabrın 18-də Maniladakı Malakanyanq Sarayında ABŞ Prezidenti Donald Trampla görüşündə texnologiya sahəsində əməkdaşlığı genişləndirmək istədiyini bildirib.
“Biz yeni əməkdaşlıq sahələrini, xüsusilə də ABŞ-nin qabaqcıl mövqedə olduğu və yeniliklərə öncüllük etdiyi texnologiya sahəsini nəzərdən keçiririk”, – Markos deyib.
O, superintellekti də mümkün əməkdaşlıq sahələrindən biri kimi göstərib və iki ölkə arasında əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edib.
Markos həmçinin Filippin və ABŞ arasında Qarşılıqlı Müdafiə Müqaviləsinə əsaslanan müttəfiqliyin 75 illiyini xatırladıb. O, ABŞ-nin Filippinin qarşılıqlı müdafiə müqaviləsi bağladığı yeganə ölkə olduğunu vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşü zamanı etiraz aksiyaları davam edib. Nümayişçilər Malakanyanq Sarayında keçirilən görüşə etiraz olaraq ABŞ bayrağını yandırıblar.
Trampın səfərinə qarşı aksiyalar bir neçə gündür keçirilir. İştirakçılar həmçinin ABŞ-nin rəhbərlik etdiyi “Pax Silica” təşəbbüsünə qarşı çıxır və Yaxın Şərqdə müharibənin dayandırılmasını tələb edirlər.
Filippin Prezidenti Ferdinand Markos noyabrın 18-də ABŞ Prezidenti Donald Trampı Maniladakı Malakanyanq Sarayında qarşılayıb.
Liderlər fəxri qarovulun qarşısından keçiblər. Mərasimdən sonra onların ikitərəfli danışıqlar aparması və işgüzar naharda iştirak etməsi planlaşdırılıb.
Trampın Çinə səfəri zamanı Çin və Rusiya liderləri ilə görüşəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Trampın Filippinə səfəri ilə bağlı ilə bağlı ən son xəbərləri canlı yayımımızdan izləyin.
Trampın noyabrın 18-də Maniladakı Prezident Sarayında Filippin Prezidenti Ferdinand Markosla görüşü planlaşdırılır. ABŞ Prezidentinin daha sonra Çinə səfər edərək Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə mühüm danışıqlar aparacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın