Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
Meksika Prezidenti Klaudiya Şeynbaum Çinin Şencen şəhərində keçirilən APEC sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə çox yaxşı görüş keçirdiyini bildirib.
Şeynbaumun sözlərinə görə, Meksika və ABŞ ortaq prioritetlər üzrə irəliləyiş əldə etməyə davam edir.
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev “İzvestiya” qəzetinə bildirib ki, Rusiya ilə Çin arasında hərbi-texniki əməkdaşlıq yeni səviyyəyə çatıb.
Onun sözlərinə görə, iki ölkənin geniş əməkdaşlıq proqramı təyyarə və mühərrik istehsalını, kosmosu, hava hücumundan müdafiəni və hərbi dəniz sahəsini əhatə edir.
Kremlin məlumatına görə, vaxt məhdudiyyəti səbəbindən Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Çində keçirilən APEC sammitində geniş tərkibli ikitərəfli danışıqların baş tutması ehtimalı azdır. Lakin liderlər sammitin kuluarlarında məhdud tərkibdə qeyri-rəsmi görüş keçirə bilərlər.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Tramp Ukrayna və İranda davam edən münaqişələrə dair fikir mübadiləsi apara bilərlər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə onların sammit zamanı bir neçə dəfə söhbət etmək imkanı əldə edə biləcəklərini qeyd edib.
Putin, Tramp və Çin Sədri Si Cinpin arasında üçtərəfli danışıqların noyabrın 19-da keçirilməsi də planlaşdırılır.
Yaponiyanın Baş naziri Sanae Takaiçi noyabrın 18-də ikigünlük APEC sammitinə qatılmaq üçün Çinin Şencen şəhərinə gedib. Bu, onun 2025-ci ilin oktyabrında vəzifəyə başlamasından sonra Çinə ilk səfəridir.
Tokio ilə Pekin arasında münasibətlər Takaiçinin 2025-ci ildə Tayvanla bağlı açıqlamasından sonra gərginləşib. O bildirmişdi ki, Çinin Tayvana qarşı hərbi əməliyyatları Yaponiyanın mövcudluğunu təhlükə altına ala bilər.
“Kyodo News” agentliyinin məlumatına görə, Takaiçinin sammit zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə rəsmi danışıqlar aparacağı gözlənilmir.
Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Meksika Prezidenti və Kanadanın Baş naziri ilə görüşü planlaşdırılır.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də APEC sammitinin təntənəli ziyafətində görüşə bilərlər. İki lider arasında danışıqların noyabrın 19-da keçirilməsi planlaşdırılır.
Uşakovun sözlərinə görə, Putin və Tramp sammit zamanı, o cümlədən tədbirin kuluarlarında bir neçə dəfə görüşəcəklər. Bəzi görüşlərin məhdud tərkibdə keçirilməsi mümkündür.
Çin Sədri Si Cinpin Şencen şəhərində təyyarədən enən ABŞ Prezidenti Donald Trampı qarşılayıb. Trampın şərəfinə qırmızı xalça sərilib. Əllərində gül dəstələri, Çin və ABŞ bayraqları tutan gənclər də onu salamlayıblar.
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin cənubundakı Şencen şəhərinə gedib.
Bu barədə Çinin dövlət xəbər agentliyi “Sinxua” məlumat yayıb.
Cənubi Koreya Prezident Administrasiyasının məlumatına görə, Çin Koreya yarımadasında gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri, o cümlədən ABŞ və Şimali Koreya arasında dialoqu dəstəkləyir.
Bu barədə Cənubi Koreya Prezidenti Li Ce Myonla Çin Sədri Si Cinpinin APEC sammiti çərçivəsində keçirilən görüşündən sonra məlumat verilib.
ABŞ Prezidenti Donald Tramp isə Asiya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini istisna etməyib. Lakin görüşlə bağlı hələlik rəsmi təsdiq yoxdur. Çin də mümkün görüş barədə məlumatının olmadığını bildirib.
Cənubi Koreya Prezidenti Li Ce Myon bildirib ki, proteksionizm qlobal iqtisadiyyatda parçalanmanı dərinləşdirir. O, beynəlxalq ticarətin açıq saxlanmasına çağırıb.
Prezident bu fikirləri Çinin Şencen şəhərində keçirilən 2026-cı il APEC Biznes Liderləri Sammitində səsləndirib.
Li Ce Myon APEC-ə üzv iqtisadiyyatları açıq ticarət prinsiplərinə sadiq qalmağa, təchizat zəncirləri sahəsində əməkdaşlığı gücləndirməyə, strateji əhəmiyyətli mineral xammalın və enerji resurslarının fasiləsiz təchizatını təmin etməyə çağırıb.
Tailandın Baş naziri Anutin Çarnvirakul Çinin cənubundakı Şencen şəhərində keçirilən APEC-in Biznes Liderləri Sammitində açılış nitqi söyləyib.
Bundan əvvəl Çin Sədri Si Cinpin, Malayziyanın Baş naziri Ənvər İbrahim, Rusiya Prezidenti Vladimir Putin və Kanadanın Baş naziri Mark Karni sammit iştirakçıları qarşısında çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın