canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Qırğızıstan hökuməti benzin və dizel yanacağının satışını qeyri-müəyyən müddətə qadağan edib.
Mərkəzi Asiya ölkəsi yanacağın 90 faizindən çoxunu Rusiyadan idxal edir. Rusiya isə Ukraynanın neft emalı zavodlarına hücumları səbəbindən tədarük çətinlikləri ilə üzləşib.
Qırğızıstan Nazirlər Kabineti bildirib ki, ölkənin daxili bazarında yanacaq təminatı tam bərpa olunana qədər tətbiq edilən sanksiyalar qüvvədə qalacaq.
Energetika nazirinin müavini Nasipbek Kerimov iyulun əvvəlində yerli mediaya açıqlamasında Moskvadan yanacaq tədarükünün həcminin bir qədər azaldığını deyib.
“Reuters” agentliyinin istinad etdiyi mənbələrə görə may və iyun aylarında Mərkəzi Asiyaya dəmir yolu vasitəsilə ixrac olunan aviasiya yanacağı 92 faizdən cəmi 3800 tona enib, benzin tədarükü isə 34 faiz azalaraq 99300 ton təşkil edib.

Ukrayna Moskvanın müharibə imkanlarını zəiflətmək məqsədilə Rusiyanın neft emalı zavodları da daxil olmaqla enerji infrastrukturuna hücumları intensivləşdirib. Bu zərbələr nəticəsində neft emalının həcmi azalıb, ölkədə yanacaq qıtlığı yaranıb. Nəticədə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, benzin və dizel yanacağının qiymətləri isə yüksəlib.
Aprel ayının əvvəlində Rusiya benzin, aviasiya yanacağı və dizel ixracına qadağa tətbiq edib. Bununla belə, hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən yanacaq tədarükü bu məhdudiyyətlərdən kənardan saxlanılıb.
2016-cı ildə Moskva ilə Bişkek arasında imzalanmış hökumətlərarası sazişə əsasən, Qırğızıstana hər il təxminən iki milyon ton yanacaq tədarükü nəzərdə tutulur. Energetika nazirinin müavini Nasipbek Kerimov da Rusiyanın ölkəni yanacaq-sürtkü materialları ilə təmin etdiyini təsdiqləyib.
Qırğızıstanın yanacaq ixracına tətbiq etdiyi məhdudiyyətlər sərhədi keçən avtomobillərin yanacaq çənlərindəki yanacağa şamil edilmir.
Həmçinin nafta, mazut və soba yanacağının xaricdə emalı ilə bağlı istisnalar da nəzərdə tutulur.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
2026-cı ilin yanvar–sentyabr aylarında Özbəkistana 10,3 milyon xarici turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artıb. Özbəkistan 2030-cu ilədək illik turist sayını 20 milyona çatdırmağı planlaşdırır.
AnewZ-un əməkdaşı Sabir Səfərov ilə müsahibəsində husilərə yaxınlığı ilə tanınan jurnalist Hüseyn əl-Buxeyti Səudiyyə Ərəbistanının su və elektrik təchizatı obyektlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, biomüxtəlifliyin qorunması Azərbaycan və digər qonşu ölkələrlə əməkdaşlığın güclənməsinə töhfə verə bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Bu dəfə Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfəri, bölgədə aparılan bərpa-quruculuq işləri, Bakıda keçirilən beynəlxalq sərgilər, “44” filminin premyerası və siyasi gündəmin əsas hadisələri diqqət mərkəzindədir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın