“MrBeast” ilk dəfə Mərkəzi Asiyaya səfər edib
“MrBeast” ləqəbi ilə tanınan məşhur yutuber Cimmi Donaldson oktyabrın 9-da pərəstişkarları ilə görüşmək üçün Özbəkistanın paytaxtı Daşkəndə səfər edib. Özbəkistanın İncəsənət və Mədəniyyətin İnkişafı Fondunun təşkil etdiyi tədbir onun Mərkəzi Asiyaya ilk səfəri çərçivəsində baş tutub.

