Çin süni intellektə yatırımların iqtisadi riskləri barədə xəbərdarlıq edib
Çinin maliyyə tənzimləmə qurumunun rəsmisi süni intellektə yatırımların artmasının iqtisadiyyatın digər sahələrinin maliyyələşdirilməsini çətinləşdirə biləcəyini deyib. Onun sözlərinə görə, sərmayələrin böyük hissəsinin bir neçə iri texnologiya şirkətində cəmləşməsi maliyyə risklərini artırır.

