BMT-də Rusiya–Ukrayna müharibəsi müzakirə olunarkən Kiyev raket hücumuna məruz qalıb
Rusiya qüvvələri sentyabrın 24-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb, raket qalıqları isə bir neçə rayona düşüb.

