Qazaxıstanda korrupsiya işi üzrə “Kazatomprom”un rəhbər heyətinin üzvü saxlanılıb

Qazaxıstanda korrupsiya işi üzrə “Kazatomprom”un rəhbər heyətinin üzvü saxlanılıb
Atırau şəhərində dalğalanan Qazaxıstan bayrağının dronla çəkilmiş görüntüsü. Qazaxıstan, 22 aprel 2026.
Reuters

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi korrupsiya işi üzrə genişlənən istintaq çərçivəsində ölkənin uran istehsalı ilə məşğul olan dövlət şirkəti “Kazatomprom”un rəhbər heyətinin üzvü Kuanış Omarbekovu saxlayıb.

Komitənin noyabrın 25-də yaydığı açıqlamaya görə, daha bir neçə nəfər saxlanılıb. Onların adları açıqlanmayıb.

“Onlar “Samruk-Kazına”nın keçmiş rəhbərliyinin təşkil etdiyi korrupsiya sxemində iştirak etməkdə şübhəli bilinirlər”, – açıqlamada qeyd olunub.

“Samruk-Kazına”nın baş direktoru Nurlan Jakupov Yelisey sarayında. Paris, Fransa, 5 noyabr 2024.
Reuters
Əvvəlki həbslər

“Samruk-Kazına” Milli Rifah Fondunun baş direktoru Nurlan Jakupov və Qazaxıstanın milli dəmir yolu şirkəti olan KTZ-nin sədri Yeljas Otınşiyev bu ay korrupsiya şübhəsi ilə həbs ediliblər.

“Kazatomprom”un səhmlərinin 63 faizi “Samruk-Kazına” dövlət fonduna, 12 faizi isə Qazaxıstanın Maliyyə Nazirliyinə məxsusdur.

“Samruk-Kazına” fondu haqqında

Fondun nəzarətindəki aktivlərin dəyəri Qazaxıstanın ümumi daxili məhsulunun (ÜDM) 40 faizinə yaxındır. Fond ölkənin milli aviadaşıyıcısı “Air Astana”nın və “KazMunayGas” neft-qaz şirkətinin səhmlərinə də sahibdir.

Fonda məxsus KTZ səhmlərini beynəlxalq fond birjasında yerləşdirməyə hazırlaşır.

İstintaq davam edir

Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin nümayəndəsi Kayırlı Əhməd məhkəməyədək istintaqın davam etdiyini bildirib.

“Korrupsiyaya qarşı mübarizə Prezidentin tapşırıqlarına, qanun və asayiş prinsipinə uyğun davam edir”, – o əlavə edib.

Daha ətraflı:

Teqlər