19:46
Endi Börnhem Nazirlər Kabinetinin ilk iclasında yaşayış xərclərinin artımı ilə mübarizə aparacağını vəd edib
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Nazirlər Kabinetinin ilk iclasına rəhbərlik edib. O, hökumətin əsas prioritetinin yaşayış xərclərinin azaldılması, vətəndaşların hökumətə inamının bərpası və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi olacağını bildirib.

