Yaponiya: “Dujuan” tayfunu yaxınlaşır, torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq və təxliyə göstərişləri verilib
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, sentyabrın 21-də ölkənin Sakit okean sahillərinə yaxınlaşan güclü “Dujuan” tayfunu Tokio da daxil olmaqla Kanto regionunda leysanlara və güclü küləyə səbəb olub.

