Səhər xülasəsi – 5 avqust 2026
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 5-i üçün hazırladığımız xülasədə gündəmin əsas xəbərləri və ən diqqətçəkən hadisələr yer alır.
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 5-i üçün hazırladığımız xülasədə gündəmin əsas xəbərləri və ən diqqətçəkən hadisələr yer alır.
Avropa İttifaqı Ukraynaya pilotsuz uçuş aparatları, raketlər, hava hücumundan müdafiə sistemləri və İsveç istehsalı “Gripen” qırıcılarının alınmasına dəstək üçün 3,47 milyard avro (4 milyard dollar) ayırıb. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Rusiya və Ukrayna rəsmiləri şəhərlərə edilən bir sıra hava hücumlarından sonra mülki şəxslər arasında yeni itkilər barədə məlumat veriblər. Hücumlar nəticəsində hər iki tərəfin nəzarətində olan şəhərlər zərbələrə məruz qalıb.
Yunanıstanın Milli Təhlükəsizlik və Xarici Siyasət Şurasının (KYSEA) İsraildən 3,5 milyard avro dəyərində çoxqatlı hava hücumundan müdafiə sistemi və müxtəlif növ PUA-ların alınmasını təsdiqləməsi gözlənilir.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.