Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini azı altı ay bağlayacaq
Estoniya dekabrın 1-dən Rusiya ilə avtomobil nəqliyyatı üçün sərhəd-keçid məntəqələrini azı altı ay müddətinə bağlayacaq. Hökumət qərarı təhlükəsizlik təhdidlərinin artması, eləcə də Rusiyanın Avropada təxribat və hibrid əməliyyatlarını genişləndirməsi ilə bağlı iddialarla əsaslandırır.

