Azərbaycanlı deputatlar və QHT-lər ABŞ Konqresinə məktub göndəriblər
Milli Məclisin deputatları və bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ABŞ senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə cavab məktubu göndəriblər. Müraciət amerikalı qanunvericilərin oktyabrın 5-də Azərbaycanla bağlı ünvanladıqları məktuba cavab olaraq hazırlanıb.

