Paşinyan: “Sülh ölkənin təhlükəsizliyinin yeganə etibarlı təminatıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində bildirib ki, ölkəsinin təhlükəsizliyinin yeganə etibarlı təminatı sülhdür. O, həmçinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmədiyini iddia edib.

