08:33
Zelenski Ukraynanın “Patriot” raketlərinin yeni partiyasını təhvil aldığını bildirib
Kiyev Rusiyanın ballistik raketlərini vurmaq imkanına malik ABŞ istehsalı “Patriot” raketlərinin yeni partiyasını təhvil alıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Açıqlama Böyük Britaniya və Fransanın Ukraynaya hərbi dəstəyi artırmaq vədi verdiyi vaxt səslənib.

