Gürcüstan və Rusiya birbaşa danışıqları bərpa etməyə hazırlaşır
Gürcüstanın xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yaxın vaxtlarda görüşə bilərlər. Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 16-da bildirib ki, tərəflər artıq əlaqə saxlayırlar və görüş üçüncü ölkədə keçirilə bilər.

