Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və...
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri rəsmən kəsdikdən sonra BƏƏ-də qeydiyyatda olan mülki və hərbi təyyarələr üçün hava məkanını bağlamaq qərarı verib.
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri rəsmən kəsdikdən sonra BƏƏ-də qeydiyyatda olan mülki və hərbi təyyarələr üçün hava məkanını bağlamaq qərarı verib.
Əlcəzair Müdafiə Nazirliyinin açıqlamasına görə, qərar BƏƏ-də qeydiyyatdan keçmiş təyyarələrin ölkənin hava məkanına daxil olmasını və ya bu məkandan tranzit keçməsini qadağan edəcək.
Paytaxt Əlcəzairdəki Huari Bumedyen Beynəlxalq Aeroportuna kommersiya sərnişin reysləri qadağadan müvəqqəti istisna olunacaq. Bu reyslər iki ölkə arasında mövcud aviasiya sazişinə əsasən davam edəcək. Sazişin müddəti 2026-cı ilin sonunda başa çatır.
İki ölkə arasında münasibətlər illərdir pisləşir.Əlcəzair Xarici İşlər Nazirliyi Əbu-Dabini düşmənçilik və təxribat xarakterli addımları artırmaqda ittiham edib və ikitərəfli münasibətləri qorumaq səylərinin nəticə vermədiyini bildirib.
Liviya, Mali və Sudan da daxil olmaqla, region ölkələri ilə bağlı fikir ayrılıqları münasibətləri daha da gərginləşdirib. Tərəflər Qərbi Sahara məsələsində də fərqli tərəfləri dəstəkləyirlər. BƏƏ Mərakeşin bu ərazi üzərində suverenlik iddiasını, Əlcəzair isə Polisario Cəbhəsini dəstəkləyir.
BƏƏ Əlcəzairin qərarından təəssüfləndiyini bildirib və diplomatik əlaqələrin kəsilməsinin müvəqqəti olacağına ümid etdiyini açıqlayıb.
BƏƏ Xarici İşlər Nazirliyi bəyanatında dialoq və əməkdaşlığa çağırış edib, həmçinin iki ölkə xalqları arasında tarixi əlaqələrin qorunmasının vacibliyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmanın 2017-ci ildə rohinca müsəlmanlarına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib. Bununla da BMT-nin ali məhkəmə orqanı tarixdə ilk dəfə bir dövləti soyqırımı törətməkdə birbaşa məsuliyyətli hesab edib.
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.
Antalyada keçirilən BMT İqlim Dəyişikliyi Konfransında (COP31) Avropa İttifaqı və bir sıra digər tərəflər yekun sənəd layihəsini rədd etdiyindən razılaşma əldə olunmayıb.
“SpaceX” ABŞ Kosmik Qüvvələrinin məxfi missiyası üçün “Falcon 9” raketini Kaliforniyadakı Vandenberq bazasından buraxıb.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın