Özbəkistan Əfqanıstanda əkin sahələrini qorumaq üçün 10 milyon dollar ayırıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əfqanıstanda Amudərya sahillərini möhkəmləndirmək üçün 10 milyon dollar ayırıb. Sahillərin aşınması əkin sahələrinə və evlərə təhlükə yaradır. Əfqanıstan Ticarət və İnvestisiya Palatası bu barədə noyabrın 10-da Bəlxdə keçirilən görüşdən sonra məlumat yayıb.

