“Snap” yeniyetmələrin sosial media asılılığı ilə bağlı məhkəmə iddiası üzrə razılığa gəlib
“Snapchat”ın sahibi olan “Snap Inc.” şirkəti iki yeniyetmənin qaldırdığı iddialarla bağlı razılığa gəlib. Yeniyetmələr platformanın istifadəçilərdə asılılıq yaradacaq şəkildə hazırlandığını və bunun depressiya, təşviş və qidalanma pozuntularına səbəb olduğunu iddia ediblər.

