08:44
Tramp İranın razılaşma əldə etmək istədiyini bildirir, Tehran bunu təkzib edir
ABŞ Prezidenti Donald Tramp İranın tezliklə razılaşma əldə etmək istədiyini yenidən bildirib. Lakin İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi bu iddianı rədd edərək Tehranın şərtləri yerinə yetirilməyənədək danışıqlara başlamayacağını deyib.

