Günün icmalı: COP31-in üçüncü günündən 5 əsas məqam
AnewZ-un Günün İcmalını təqdim edirik. COP31-in üçüncü gününün beş əsas məqamını diqqətinizə çatdırırıq. Qalıq yanacaqdan imtina və iqlim maliyyəsinin artırılması gündəmdə olub.
AnewZ-un Günün İcmalını təqdim edirik. COP31-in üçüncü gününün beş əsas məqamını diqqətinizə çatdırırıq. Qalıq yanacaqdan imtina və iqlim maliyyəsinin artırılması gündəmdə olub.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
Qırğızıstan 2026–2035-ci illər üzrə strategiya layihəsi çərçivəsində daha çox yüksək dağ buzlağını, dağ landşaftını və meşəni dövlət mühafizəsi altına almağı planlaşdırır.
Avropa İttifaqı təkrar emal səviyyəsinin aşağı olması, ətraf mühitə zərər və tullantıların qanunsuz daşınması ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyəyə böyük həcmdə plastik tullantı ixracına icazə verməyə davam edəcək.
Cənubi Afrikanın hüquq müdafiəçiləri və təbiəti mühafizə təşkilatları “Navitas Petroleum” şirkətinin böyük dəniz neft blokunda pay almasına qarşı çıxıblar. Onlar şirkətin İsraillə əlaqələrini, Qəzzadakı müharibəni və ətraf mühit risklərini əsas gətiriblər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.