20:31
Qəzzada humanitar fəlakət dərinləşir: BMT-nin Ərzaq Agentliyi 500 min fələstinliyə ərzaq yardımını dayandırıb
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (WFP) ciddi maliyyə çatışmazlığı fonunda Qəzzada 500 000 nəfərə göstərilən aylıq ərzaq yardımını kəsib. Hazırda əhalinin təxminən üçdə ikisi böhran və ya daha ağır səviyyəli ərzaq çatışmazlığı ilə üz-üzədir.

