BVF: Azərbaycan iqtisadiyyatı 2027-ci ildə 2,3 faiz böyüyəcək
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə isə 2,3 faiz böyüyəcək. Qafqaz və Mərkəzi Asiyada ümumi artım tempinin zəifləməsi fonunda Azərbaycanda iqtisadi artımın tədricən sürətlənəcəyi gözlənilir.

