canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Ermənistan COP17-yə ev sahibliyi etməyə hazırlaşır. Yeni proqnozlar göstərir ki, ölkələrin təbiəti qorumaqla bağlı vədləri ilə 2030-cu ilədək əldə edə biləcəkləri nəticələr arasında fərq artır.
Dünyanın quru və dəniz sahələrinin 30 faizini mühafizə altına almaq üçün cəmi dörd ili qalıb. Lakin ölkələr mövcud öhdəliklərini tam yerinə yetirsələr belə, bu hədəfə çata bilməyəcəklər.
Oktyabrın 16-da İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik Liderlərinin Sammitində çıxış edən Baş katib Antonio Quterreş xəbərdarlıq edib ki, bir milyondan çox növ yoxolma təhlükəsi ilə üz-üzədir: “İrəliləyiş qeyri-bərabər və çox ləngdir”.
Oktyabrın 19-dan 30-dək keçiriləcək COP17-də əsas diqqət kağız üzərindəki öhdəliklərdən ölçülə bilən nəticələrə yönələcək.
2022-ci ildə hökumətlər bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq və onu bərpa etmək məqsədilə 23 hədəfi əhatə edən Kunminq-Monreal Qlobal Bioloji Müxtəliflik Çərçivəsini qəbul ediblər.
Sənədin ən tanınmış öhdəliyi olan “30x30” çərçivəsində planetin quru, daxili su hövzələri, sahil əraziləri və okeanlarının ən azı 30 faizinin səmərəli mühafizəsi və idarə olunması nəzərdə tutulur.
Konvensiya Katibliyinin rəsmi proqramına əsasən, COP17 irəliləyişi qiymətləndirmək və icranı sürətləndirmək üçün əsas platforma olacaq.
Son proqnozlar mövcud öhdəliklərin kifayət etmədiyini göstərir. Quterreş oktyabrın 16-da bildirib ki, bütün milli öhdəliklər icra olunsa belə, 2030-cu ilə qədər quru ekosistemlərinin yalnız 26 faizi, dəniz ekosistemlərinin isə 12 faizi mühafizə altına alınacaq.
Bu da nəzərdə tutulan 30 faizlik hədəfdən müvafiq olaraq 4 və 18 faiz bəndi geri qalmaq deməkdir.
2022-ci ildən bəri müəyyən irəliləyişlər də əldə olunub. Çərçivə qəbul edildikdən sonra əlavə 1,3 milyon kvadrat kilometr quru və 6 milyon kvadrat kilometr okean sahəsi rəsmi mühafizə statusu alıb.
Tərəflərin təxminən 90 faizi milli bioloji müxtəliflik hədəflərini müəyyənləşdirib. Lakin ərazilərin rəsmi mühafizəyə götürülməsi onların səmərəli idarə olunduğu mənasına gəlmir.

Liderlərin sammitində “Bezos Earth Fund” da daxil olmaqla doqquz özəl donor 100-dən çox ölkədə təhlükə altında olan növlərin bərpasına dəstək üçün növbəti beş il ərzində 500 milyon dollardan çox vəsait ayıracağını elan edib.
Eyni zamanda, Avropa Komissiyası Aİ-nin beynəlxalq bioloji müxtəliflik maliyyəsini 3,5 milyard avrodan 7 milyard avroya çatdırmaq öhdəliyinə sadiq qaldığını bəyan edib. İclasda həmçinin rəqəmsal genetik məlumatların kommersiya istifadəsindən əldə olunan gəlirlərin bölüşdürülməsi üçün 2024-cü ildə təsis edilmiş “Kali Fondu” da müzakirə olunur.
Ermənistan üçün COP17 həm də diplomatik fürsət xarakteri daşıyır. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, tədbirə ev sahibliyi etmək ölkənin ikiillik COP17 sədrliyi dövründə beynəlxalq əməkdaşlığı möhkəmləndirəcək.

COP17 çərçivəsində Kunminq-Monreal çərçivəsinin 23 hədəfi üzrə ilk qlobal qiymətləndirmə aparılacaq. Hökumətlər milli hesabatları və tətbiq problemlərini nəzərdən keçirəcəklər. Konfransın nazirlər seqmenti oktyabrın 27–28-də, yekun danışıqlar isə oktyabrın 30-da baş tutacaq. Növbəti qlobal icmal 2030-cu ildə keçiriləcək COP19-da planlaşdırılır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Danimarka COP31 iqlim konfransında qalıq yanacaqlardan mərhələli imtina planını təqdim edib. İspaniya, Portuqaliya, Lüksemburq və Sakit okean ada ölkələri də oxşar addım atmağa hazırlaşır.
Azərbaycan Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) yaşıl enerji potensialını, ekoloji təşəbbüslərini və iqlim sahəsində beynəlxalq əməkdaşlığını “Dialoq dəhlizi” mövzusu ilə təqdim edir.
Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor havanın çirklənməsinə görə dünyanın iri şəhərləri arasında birinci yerə yüksəlib. Bölgəni bürüyən zəhərli duman əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əfqanıstanda Amudərya sahillərini möhkəmləndirmək üçün 10 milyon dollar ayırıb. Sahillərin aşınması əkin sahələrinə və evlərə təhlükə yaradır. Əfqanıstan Ticarət və İnvestisiya Palatası bu barədə noyabrın 10-da Bəlxdə keçirilən görüşdən sonra məlumat yayıb.
BMT-nin oktyabrın 21-də dərc etdiyi hesabata görə, ölkələr hazırkı iqlim siyasətini davam etdirsələr, 2100-cü ilədək dünyanın orta temperaturu sənayeləşmədən əvvəlki səviyyədən 2,8°C yüksək ola bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın