Quterreş Pakistan səfərində ABŞ-İran qarşıdurmasını gündəmə gətirib
BMT-nin Baş katibi Antonio Quterreş Pakistanda üçgünlük rəsmi səfərdədir. O, İslamabaddakı görüşlərində ABŞ ilə İran arasında qarşıdurmaya son qoyulmasına və diplomatiyaya qayıdılmasına çağırıb, eyni zamanda Pakistanın beynəlxalq diplomatiyadakı rolunu vurğulayıb.

