Fransada yaşayış xərclərinə qarşı etirazlarda toqquşmalar baş verib
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında...
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Fucien əyalətinin Fudin şəhərində yanğınsöndürənlər yaşlı sakinlərə kömək etmək üçün belədək çatan daşqın sularında hərəkət ediblər. Yaxınlıqdakı Sinksi kəndində isə daşqınlar evləri su altında qoyub və üçmərtəbəli binanın dağılmasına səbəb olub.
Səlahiyyətli şəxslər bir sıra sahil bölgələrində məktəbləri bağlayıb, ictimai nəqliyyatın fəaliyyətini dayandırıb və daşqınlara qarşı təcili tədbirlər həyata keçirirlər.
Fuciendə 83 mindən çox insan təxliyə olunub. Avqustun sonundan etibarən Çjetszyan və qonşu əyalətlərdə isə yüz minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
“Saudel” Cənubi Çin dənizində gücləndikdən sonra çərşənbə axşamı Fucien sahillərində üçüncü dəfə quruya çıxıb. Bu, cari ildə Çinə çatan yeddinci tayfundur.
Eyni zamanda, bu, iki ay ərzində şərqi Çjetszyan əyalətinin Yuxuan şəhərinə çatan üçüncü tayfundur. Çin Meteorologiya İdarəsi bu ardıcıllığı “fövqəladə dərəcədə nadir” hadisə kimi qiymətləndirib.
Ekspertlər bu qeyri-adi hava hadisələrinin artmasını tayfunların Çinin şərq sahillərinə doğru hərəkətinə təsir göstərə bilən “El Nino” fenomeni ilə əlaqələndirirlər.
BMT xəbərdarlıq edib ki, “El Nino” 2027-ci ilə qədər güclənə və uzunmüddətli ekstremal hava risklərini artıra bilər.
Mütəxəssislər bildirirlər ki, bəzi bölgələrdə çayların səviyyəsi artıq təhlükəli həddə çatıb. Davam edən güclü yağışlar isə torpaq sürüşmələri və digər təkrar fəlakətlərə səbəb ola bilər.
Hong Kong Elm və Texnologiya Universitetinin professoru Hui Su bildirib:
“Bu tayfun mövsümündə daha güclü tayfunların şahidi oluruq. Onlar daha şərqdə formalaşır, daha uzun məsafə qət edir və quruya çatdıqda güclənməkdə davam edirlər”.
O əlavə edib ki, uzunmüddətli isti hava səbəbindən bu il tayfun mövsümü dekabra qədər davam edə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.
Antalyada keçirilən BMT İqlim Dəyişikliyi Konfransında (COP31) Avropa İttifaqı və bir sıra digər tərəflər yekun sənəd layihəsini rədd etdiyindən razılaşma əldə olunmayıb.
“SpaceX” ABŞ Kosmik Qüvvələrinin məxfi missiyası üçün “Falcon 9” raketini Kaliforniyadakı Vandenberq bazasından buraxıb.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın