Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Kamboca və Tailandın xarici işlər nazirləri sentyabrın 15-də Sinqapurda BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası çərçivəsində keçirilən görüşdə açılış bəyanatları ilə çıxış ediblər. Tərəflər uzun illərdir davam edən dəniz mübahisəsinin həllinə çalışırlar.
Proses Kambocanın müraciəti əsasında UNCLOS çərçivəsində məcburi barışıq mexanizmi ilə başladılıb.
Kambocanın xarici işlər naziri Prak Sokhonn bildirib ki, proses iki ölkə arasında etimadın bərpasına və dəniz mübahisəsinin sülh yolu ilə həllinə kömək edə bilər.
Tailandın xarici işlər naziri Sihasak Puanqketkeo isə Bangkokun prosesdə vicdanla iştirak etdiyini bildirib. O qeyd edib ki, Tailand bundan əvvəl dəniz sərhədinin müəyyənləşdirilməsi ilə bağlı birbaşa danışıqlar aparılmasını təklif edib.
Kamboca və Tailand 25 ildən çoxdur Tailand körfəzində təxminən 26 min kvadratkilometrlik dəniz ərazisinə iddia edir.
Mübahisəli ərazidə təxminən 12 trilyon kubfut təbii qaz və böyük həcmdə neft ehtiyatının olduğu təxmin edilir. Bu ehtiyatların ümumi dəyəri təxminən 300 milyard dollar qiymətləndirilir.
Tərəflər 2001-ci ildə mübahisəli dəniz ərazisi ilə bağlı danışıqlar və enerji ehtiyatlarının birgə işlənməsi üçün çərçivə yaradan memorandum imzalayıblar. Tailand həmin memorandumu 5 may 2026-cı ildə birtərəfli qaydada ləğv edib.
Barışıq prosesi çərçivəsində beş nəfərdən ibarət komissiya mübahisəni araşdıracaq və tərəflərə tövsiyələr təqdim edəcək. Bu tövsiyələr hüquqi baxımdan məcburi olmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın