Ermənistanın Aİİ ilə əlaqələrinin zəifləməsi ölkə iqtisadiyyatına necə təsir edə bilər?
Yeni hesabata görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü dayandırılarsa, ölkədə təbii qazın qiyməti kəskin arta, xaricdən pul köçürmələri yarıdan çox azala və əmək miqrantları üçün məhdudiyyətlər sərtləşdirilə bilər.

