Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
İsrail və Mərakeş diplomatik münasibətlərin səviyyəsini yüksəltmək, mövcud nümayəndəlikləri səfirliklərə çevirmək və səfirlər təyin etmək barədə razılığa gəliblər.
Razılıq Nyu-Yorkda İsrailin xarici işlər naziri Gideon Saar, Mərakeşin xarici işlər naziri Nasser Burita və ABŞ-nin BMT-dəki səfiri Mayk Uoltsun iştirakı ilə keçirilən üçtərəfli görüşdə əldə olunub.
Hazırda İsrail və Mərakeş Rabat və Təl-Əvivdə əlaqələndirmə ofisləri vasitəsilə təmsil olunurlar. İki ölkə 2020-ci ilin dekabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan İbrahim razılaşmaları çərçivəsində razılıq əsasında diplomatik münasibətləri bərpa edib.
Razılaşma diplomatik təmsilçiliklə yanaşı, iqtisadi əlaqələrin və iki ölkə arasında birbaşa uçuşların genişləndirilməsini də nəzərdə tutur.
İki ölkə 2026-cı ilin sonunadək investisiyaların qorunması və ikiqat vergitutmanın qarşısının alınmasına dair sazişləri yekunlaşdırmaq barədə razılığa gəlib. Bu addımlar qarşılıqlı investisiyaların təşviqinə və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlib.
Tərəflər birbaşa hava əlaqələrini genişləndirmək barədə də razılığa gəliblər. Mərakeş aviaşirkətlərinin iki ölkə arasında birbaşa uçuşlar həyata keçirməsi, həmçinin qarşıdakı aylarda yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulur.
Saar bildirib ki, bəyannamədə iki ölkə arasında münasibətlərin gücləndirilməsi üçün konkret yollar müəyyən edilib. O, bəyannamənin icrası üçün çalışacağını deyib.
İsrail və Mərakeş 2020-ci ildə diplomatik münasibətləri bərpa etdikdən sonra ticarət, turizm, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı genişləndiriblər.
2020-ci ildə əldə olunan razılıqla eyni vaxtda ABŞ Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb. Qərbi Saharanın statusu beynəlxalq səviyyədə mübahisəli olaraq qalır.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın